"Ruslar ukraynalıların hər göz yaşına və hər damla qanına görə cavab verəcək"

"Ruslar ukraynalıların hər göz yaşına və hər damla qanına görə cavab verəcək"

10 Aprel 2022 22:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Ziyarətçilər hava həyəcanı siqnalları, qırıcı təyyarələr və raket zərbələrinin səsini eşidəcək..."

'Rusiyalılar törətdikləri dəhşətli hərbi cinayətlərimi dünyadan gizlədə bilməyəcək"

Ukraynalılar hərbi cinayətlərin onlayn- arxivini yaradıb.

Ukrayna xarici işlər nazirliyi öz tərəfdaşları ilə birlikdə Rusiya ordusu tərəfindən törədilmiş hərbi cinayətlərin onlayn- arxivini yaradıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib.

Nazirin sözlərinə görə, arxivdə toplanan sübutlar Rusiya ordusunun Ukraynada törətdikləri vəhşiliklər barədə bütün dünyaya həqiqətləri çatdırır və rusiyalı hərbi cinayətkarların cəzalandırılacağının qaçılmaz olduğuna zəmanət verir.

"Rusiyalılar minlərlə ukraynalını qətlə yetirib, əzab verib, güllələyib", - nazir vurğulayıb. - Buçanın küçələrində dinc insanlar əlləri arxalarında bağlı vəziyyətdə qətlə yetirilib. Qadınlar və uşaqlar zorlanıb. Doğum evləri, xəstəxanalar, uşaq bağçaları, humanitar dəhlizlər atəşlərə məruz qalıb. Rusiya ukraynalıları zorən deportasiya edib.

Biz hər bir vəhşiliyi, hər bir cinayəti sənədləşdiririk. Biz cinayətlərin onlayn- arxivini yatatmışıq ki, dünya həqiqəti bilsin, ruslar isə Ukraynanın hər göz yaşına, hər damla qanına görə məsuliyyət daşısın".

Onlayn- arxiv artıq fəaliyyətdədir, istinadla ona çıxış əldə etmək olar. Məlumatlar daimi olaraq yenilənəcək.

Xarici işlər nazirliyinə bu işdə Ukraynanın hüquq- mühafizə orqanları, həmçinin beynəlxalq təşkilatlar və monitorinq missiyaları yardım edəcək

Saytda Rusiya ordusunun 24 fevral 2022- ci ildən Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi müddətində törətdiyi hərbi cinayətləri sənədləşdirilib. Cinayətlər yeddi kateqoriyaya bölünüb.

Sayt ingilisdillidir, ziyarətçiləri ukraynalıların altı həftədən artıq müddətdə məcburən yaşadığı müharibə atmosferinə kökləyir: hava həyəcanı siqnallarının, qırıcı təyyarələrin və raket zərbələrinin səsi eşidilir, sağ qalan insanların dəhşətli sübutları tədqim edilir.

"Biz Ukraynada vəhşiliklər törətmiş rusiyalıları mütləq cəzalandıracağıq", - Kuleba sözlərinə yekun vurub. - Təkcə icraçıları və əmrlər verən komandirləri deyil, Rusiyanın hərbi- siyasi rəhbərliyinədək hamı cəzasını alacaq. Onlayn- arxiv rusiyalıların Ukraynada törətdikləri dəhşətli cinayətlərini dünyadan gizlədə bilməyəcəklərinə zəmanət verir".

Onlayn- arxiv Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi barədə rəsmi resursu olan war.ukraine.ua saytının ayrılmaz hissəsidir, Ukrayna XİN vurğulayıb.