Ukrayna üçün donor konfransında 10 milyard yığıldı

Ukrayna üçün donor konfransında 10 milyard yığıldı

10 Aprel 2022 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro həcmində ianə və kredit razılığına nail olunub.

Oxuməni.az xəbər verir ki, Varşavada təşkil olunan və “Ukrayna üçün ayağa qalx“ devizi altında təşkil olunmuş kampaniya çərçivəsində dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər. Vəsaitlərin 9,1 milyard avroluq hissəsi kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini elan edib.

Qeyd edək ki, beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb. Konfransda Polşanın Prezidenti Andrjey Duda və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen birbaşa iştirak ediblər, bir sıra ölkələrin dövlət və hökumət başçıları videoformatda çıxış ediblər.

Donor konfransının əldə etdiyi vəsaitlər BMT və yerli humanitar təşkilatların həyata keçirdiyi layihələrin maliyyələşməsinə yönəldiləcək.