Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərib, İmran Xan istefaya gedib

Pakistan parlamenti Baş nazirə etimadsızlıq göstərib, İmran Xan istefaya gedib

10 Aprel 2022 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) bazar günü gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib.

Parlamentə etimadsızlıq səsverməsi nəticəsində İmran Xanın hökuməti istefaya gedib.

İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.

İmran Xan isə bildirib ki, müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ dayanır. “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”, - İmran Xan deyib.

Pakistanda siyasi böhran aprelin 3-də müxalifətin 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməkdə, həmçinin korrupsiyada ittiham edərək, baş nazirə etimadsızlıq səsverməsi elan etmək cəhdi ilə başlayıb. Baş nazirin məsləhəti ilə Pakistan Prezidenti Arif Alvi vitse-spiker Qasim Surinin belə bir səsvermənin ölkə konstitusiyasına zidd olacağını deməsindən sonra Milli Assambleyanı buraxıb.

Lakin cümə axşamı Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılması və Xana qarşı etimadsızlıq səsverməsinin ləğvi barədə qərarı konstitusiyaya zidd hesab edib. Məhkəmə parlamentin aşağı palatasının işinin bərpasını və sözügedən səsvermənin aprelin 9-da keçirilməsini istəyib.