Putinin ətrafı “aradan çıxır”: istefalar anonsu verildi

Putinin ətrafı “aradan çıxır”: istefalar anonsu verildi

9 Aprel 2022 08:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev atası Nikolay Patruşev vasitəsilə Vladimir Putindən istefasını qəbul etməyi xahiş edib.

Oxuməni.az xəbər verir ki, bu barədə politoloq Dadaş Əhmədli qeyd edib. Onun iddiasına görə, bu, nə qədər gözlənilən olsa da, dünən axşam prezidentin yaxın ətrafı üçün kiçik sensasiya olub:

“Dmitri Patruşev ona həvalə edilmiş sahədə böhrandan çıxış yolunu görmür və böhranın dərinləşməsinə görə məsuliyyət daşımağa hazır deyil. Putin hələlik istefanı qəbul etməyib. Lakin bu, hələ son deyil”.

Politoloq daxili işlər naziri Vladimir Kolokoltsevin də bazar ertəsi istefa verməyə hazırlaşdığı haqda məlumat dolaşdığını bildirib:

“Məlumatın ən maraqlı tərəfi odur ki, Kolokoltsev prezidentin müharibə başa çatdıqdan dərhal sonra onu işdən çıxarmaq planlarını pozmaq, riskə gedərək Putini sındırmaq qərarına gəlib. Nabiullina və Siluanovun istefa xahişlərindən sonra sakitlik yaranmışdı, lakin bu, uzun sürmədi. Kolokoltsev gələn həftə istefa ərizəsini Prezident Putinə təqdim etsə, bu, artıq dördüncü vəzifəli şəxsin vəzifədən getmə istəyində olması deməkdir”.

Politoloq iddia edib ki, Ukraynada müharibə “plan üzrə” getmir və Putinin komandası artıq məsuliyyətdən yaxa qurtarmağa çalışır.