Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi

Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi

8 Aprel 2022 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Brüssel görüşündən sonra Ermənistanda hakimiyyətə qarşı etirazlar genişlənir. Erməni millətçilər baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi olaraq tanımağa hazırlaşdığını iddia edirlər.

Oxuməni.az yerli mətbuata istinadla xəbər verir ki, aparılan kampaniya çərçivəsində Ermənistanın müxtəlif yerlərində qaldırılan Qarabağdakı separatçı-terrorçuların qondarma “bayrağı” ermənilərin özləri tərəfindən cırılıb.

Erməni ekspert Narek Samsonyan bildirir ki, İrəvandakı “Fransa meydanı”nda qaldırılan separatçıların əski parçası “Sasna Srer” qruplaşmasının üzvləri tərəfindən ləkələnərək, təhriq olunub.