Rusların Ukraynada daha bir vəhşiliyi: Vağzalı “İsgəndər”lə vurdular – Çoxlu sayda ölənlər var
Rusiya hərbi qüvvələrinin Kramatorskda dəmir yol vağzalına raket zərbəsi endirməsi nəticəsində onlarla insan həlak olub, 100-dən çox insan yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavlo Kırilenko məlumat verib.
“Rus nasistləri “İsgəndər” raketi ilə Kramatorsk vağzalını vurdular. Hadisə yerində işləyən polis və xilasedicilər onlarla ölən və yaralananın olduğunu bildirirlər”, - Kırilenko deyib.
O qeyd edib ki, raket zərbəsi zamanı stansiyada minlərlə insan olub, çünki Donetsk vilayətinin sakinləri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə olunur:
“Nasistlər hara baxdıqlarını və nə etdiklərini yaxşı bilirlər: çaxnaşma və qorxu yaratmaq üçün mümkün qədər çox mülki vətəndaşı girov götürmək istəyirlər. Rusiya bədxahlar və cinayətkarlar ölkəsidir. Şərə son qoyulmalıdır”.
Məlumata görə, Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 30-dan çox adam ölüb, 100-dən çox insan yaralanıb.