Minlərlə "Stinger" və "Javelin" Ukraynaya daxil olur - ABŞ təsdiqlədi

Minlərlə "Stinger" və "Javelin" Ukraynaya daxil olur - ABŞ təsdiqlədi

8 Aprel 2022 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ minlərlə "Stinger" və "Javelin" komplekslərinin, yüzlərlə "Switch Blade" kamikadze dronlarının Rusiyaya qarşı müharibədə müdafiə üçün Ukraynaya təhvil verilməsini təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə Pentaqon bəyan edib.

Silahlanma xəbəri ABŞ-ın Ukraynaya dəstək üçün daha 100 milyon dolları təsdiqləməsindən sonra yayılıb.

Pentaqon artıq Ukraynaya daxil olan və təhvil veriləcək silahların siyahısını açıqlayıb. Ukrayna üçün silahların siyahısına aşağıdakılar daxildir:

1400-dən çox “Stinger” zenit sistemi

5000-dən çox tank əleyhinə “Javelin” sistemi

7000-dən çox digər tank əleyhinə sistemlər

Yüzlərlə taktiki “Switch Blade” dronları

Dörd artilleriya əleyhinə və pilotsuz uçuş aparatlarına nəzarət radarı

Dörd minaatan əleyhinə radar sistemi

Zirehli yüksək mobil çoxməqsədli təkərli maşınlar

45 min bədən zirehləri və dəbilqə dəstləri

Lazerlə idarə olunan raket sistemləri

"Puma" pilotsuz uçuş aparatları

Gecə görmə cihazları, termal görüntü və rabitə sistemləri, optika

Kommersiya peyk təsviri xidmətləri.

CNN-in məlumatına görə, ABŞ-ın Ukraynaya ümumi yardımı Rusiyanın işğalı başlayandan bəri təxminən 1,7 milyard dollar təşkil edib. Bu məbləğə Ukraynaya göndərilmək üçün müdafiə podratçılarından yeni silahlar alacaq Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təsdiq edilmiş 300 milyon dollar daxildir.

Qeyd edək ki, dünən ABŞ Senatı prezident Co Baydenə Ukraynaya sadələşdirilmiş prosedur əsasında silah və digər müdafiə yardımı göndərməyə imkan verən İkinci Dünya Müharibəsi proqramının bərpasına dair qanun layihəsini yekdilliklə qəbul edib.