Putin və Lavrov Almaniyada müttəhimlər kürsüsünə əyləşə bilər?-İlkin şübhə kifayətdir...

Putin və Lavrov Almaniyada müttəhimlər kürsüsünə əyləşə bilər?-İlkin şübhə kifayətdir...

8 Aprel 2022 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Federal Prokurorluğuna Ukraynada hərbi cinayətlər törətməkdə şübhəli bilinən Putin, Lavrov və yüzlərlə digər rusiyalıya qarşı istintaqa başlamağı tələb edən bəyanat daxil olub.

Rusiya prezidenti Vladimir Putin və ya bu ölkənin xarici işlər naziri Sergey Lavrov Almaniya məhkəməsində müttəhim kürsüsünə əyləşə bilərmi? Belə çıxır ki, əgər Almaniya Federal Prokurorluğu onların Ukraynada hərbi cinayət törətməkdə məsuliyyəti barədə kifayət qədər dəlil toplasa və onlar toxunulmazlıqlarını itirsələr, İnterpolun orderi ilə Almaniyada və ya dünyanın başqa bir yerində həbs olunacaqlar. Rusiya Təhlükəsizlik Şurasının üzvləri, Dövlət Dumasının deputatları və ya Almaniyanın təhqiqatına məruz qalan Rusiya ordusunun hərbçiləri isə ümumiyyətlə belə toxunulmazlığa malik deyillər.

Oxuməni.az xəbər verir ki, dünən Berlində keçirilən mətbuat konfransında müxtəlif vaxtlarda Almaniyanın Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Sabine Loythoyzer-Şnarrenberger və Herhard Baum Almaniya Federativ Respublikasının Federal Prokurorluğuna müraciətlərinin bu və digər nəticələri barədə danışaraq Ukrayna ərazisində hərbi cinayətlər törətməkdə şübhəli bilinənlər barəsində istintaqa başlamağı tələb ediblər.

“Universal yurisdiksiya” prinsipi

Baum Rusiyanın başladığı müharibəyə, Ukraynaya və onun xalqına dəstək verilməsi zərurətinə toxunaraq, "Hüquq da bu vəziyyətdə silahdır" deyib. O xatırladıb ki, Almaniyada 20 ildir ki, beynəlxalq cinayət hüququ qüvvədədir ki, bu da hərbi cinayətlərin hansı ölkədə, kim tərəfindən törədilməsindən və kimin onların qurbanına çevrilməsindən asılı olmayaraq, Almaniya qanunlarına uyğun mühakimə olunmağa və mühakimə etməyə imkan verir.

Herhard Baum, Sabine Loythoyzer-Şnarrenberger və Nikolaos Qatseas aprelin 7-də Berlində mətbuat konfransında

Almaniyada artıq belə hal olub. Belə ki, ötən il Almaniya məhkəməsi Suriyada vətəndaşların işgəncə və qətlində əli olmaqda təqsirli bilinən və Almaniyaya qaçqın kimi gəlmiş Suriya xüsusi xidmət orqanlarının keçmiş polkovnikini ömürlük həbs cəzasına məhkum edib.

Sabine Loythoyzer-Şnarrenberger əlavə edib ki, hazırkı Almaniya qanunlarına görə, müharibənin sonuna qədər gözləmək lazım deyil. Döyüş əməliyyatları zamanı hərbi cinayətlərə görə də mühakimə etmək mümkündür. Yeri gəlmişkən, onun üçün bu cür cinayətləri kimin törətməsinin heç bir fərq yoxdur - Rusiya, yaxud Ukrayna hərbçilərinin.

İş qaldırmaq üçün ilkin şübhə kifayətdir

Bəyanatın hazırlanmasında iştirak edən vəkil Nikolaos Qatseas vurğulayıb ki, təkcə başda duranları, yəni Putini, Lavrovu və ya Rusiya Təhlükəsizlik Şurasının üzvlərini deyil, həm də cinayəti icra edənləri də yadda saxlamaq lazımdır - bunlar Ukraynadakı komandirlər və nəticə etibarilə hər bir konkret əsgərdir".

Buça Ukraynada hərbi cinayətlərin törədilməsinə heç bir şübhə qoymadı

Eyni zamanda, vəkil qeyd edib ki, Almaniyada belə bir araşdırmaya başlamaq üçün hədd çox aşağıdır: cinayət cəzası nəzərdə tutulan əməlin mövcudluğuna dair ilkin şübhə kifayətdir. Ukraynadakı konkret hadisələrə gəlincə, Qatseas bildirib ki, “belə bir hədd ən azı Buçadakı qırğın ictimailəşdikdən sonra aydın şəkildə keçildi”.

Almaniyada təhqiqata başlamağın mənası ondan ibarətdir ki, bu halda prokurorluq cinayətlərin baş vermə şəraitini aydınlaşdırmaq üçün lazım olan bütün vasitələrə, habelə həbs qərarı üçün müraciət etmək imkanına malikdir. Beləliklə, şübhəlilər İnterpol vasitəsilə dünyanın 194 ölkəsində axtarışa verilə bilər. "192 ölkəsində", - deyə Qatseas düzəliş edib, "çünki mən Rusiya və Belarusiyada bu cür həbs orderlərinin icra üçün qəbul ediləcəyini güman etmirəm".

Artıq Almaniyada ukraynalı şahidlərin dindirilməsinə başlanılıb

İstintaq tədbirləri keçirmək üçün Almaniya prokurorluğunun Cinayət İşləri üzrə Federal İdarəsinin əməkdaşlarını Ukraynaya cinayət yerlərinə göndərməsi vacib deyil. Sabine Loythoyzer-Şnarrenberger bildirib ki, çox şeyi Almaniyanın özündə, məsələn, şahid qismində buraya gələn ukraynalı qaçqınları dindirməklə, onların ixtiyarında olan foto və video materialları öyrənməklə etmək olar.

Mariupol teatrı partlayışdan sonra

Sabine Loythoyzer-Şnarrenberger və Herhard Baumun fikrincə, Baş Prokurorluğa müraciət etmək üçün onlar müharibə cinayəti kimi təsnif edilməli olan 10 konkret iş seçiblər. Bunlar əsasən Atom Elektrik Stansiyasının atəşə tutulması, Mariupolda doğum evinin və teatrın bombalanması, beynəlxalq hüquqla qadağan olunmuş kassetli sursatlardan istifadə, mülki əhalinin ərzaqla təmin olunmasının qarşısının alınması və Buçadakı qətllərdir.

Müharibə cinayətlərinin məhdud müddəti yoxdur

Bəyanatda sadalanan şübhəli şəxslərə gəlincə, bunlar təkcə Putinin özü və Rusiya Təhlükəsizlik Şurasının 32 üzvü deyil, həm də hava-desant və quru qoşunlarından tutmuş hərbi-kosmik və donanmaya qədər bir sıra Rusiya ordusunun hərbçiləridir. Ümumilikdə, söhbət bir neçə yüz nəfərdən gedir. Eyni zamanda hüquqşünas vurğulayıb ki, hətta açıq mənbələrdən belə onların adları, rütbələri, doğum tarixləri, bu və ya digər hərbi hissəyə mənsub olması məlumdur. Məsələn, məhz Buçada konkret kimlərin olduğu məlumdur.

"Almaniya Baş Prokurorluğuna müraciətdə bildirilib ki, bu müharibə zamanı cinayət törətmiş hər kəs bütün həyatı boyu dünyanın hər hansı bir yerində həbs oluna və Almaniyada cinayət məsuliyyətinə cəlb edilə bilər", - deyə Nikolaos Qatseas bildirib.

Sabine Loythoyzer-Şnarrenberger bu vəziyyətə xüsusi diqqət yetirib. O xatırladıb: "Müharibə cinayətlərinin məhdud müddəti yoxdur. Bu o deməkdir ki, insan gələcəkdə istənilən vaxt məhkəmə qarşısında ittiham oluna bilər. Hər bir müharibə cinayətkarı, dəhşətli hərəkətlərin hər bir iştirakçısı indi olduğu ölkə çıxmaq şərtilə, dünyanın heç bir yerində təhlükəsiz olmayacaq".

Putin və ya Lavrov həbs oluna bilər?

Herhard Baumun sözlərinə görə, “əlavə araşdırma olmadan belə Putinin hərbi cinayətkar olduğunu söyləmək olar”. Keçmiş ədliyyə naziri bildirib ki, PutininTəhlükəsizlik Şurasının üzvlərinin həbsinə də order verilsə, şad olardı. Bəs praktikada, məsələn, Sergey Lavrov başqa ölkəyə səfərə gedərsə, rusiyalı nazirin beynəlxalq həbsinə order verilməsi mümkündürmü?

“Xeyr”, - deyə vəkil Nikolaos Qatseas DW-yə bildirib və əlavə edib ki, prezident kimi, xarici işlər naziri də vəzifədə olduğu müddətdə toxunulmazlıqdan istifadə edir. Bu, beynəlxalq order olsa belə, onu həbsdən və məhkəmədən qoruyur. Amma məsələn, kənd təsərrüfatı nazirinin belə toxunulmazlığı yoxdur, Təhlükəsizlik Şurasının üzvləri və Dövlət Dumasının deputatları, yüksək rütbəli məmurlar, generallar və xüsusi xidmət orqanlarının rəhbərləri belə toxunulmazlığa ​​malik deyillər.

Pinoçet 1998-ci ildə Londonda həbs edilib

“Birinci şəxslərin toxunulmazlığı nə vaxtsa sona çatır”, - deyən Herhard Baum əlavə edib və 1998-ci ildə keçmiş Çili diktatoru Auqusto Pinoçetin Böyük Britaniyada ispan hakiminin qərarı ilə həbs olunduğunu xatırladıb. Baum ömrünün son günlərinə qədər prezident postunda qalmayacağına ümid edərək Putini də belə bir perspektivin gözlədiyinə inanır. Moderator.az