ABŞ Ukraynaya Hitleri darmadağın edən məşhur "lend-liz" proqramı üzrə silah verəcək...

ABŞ Ukraynaya Hitleri darmadağın edən məşhur "lend-liz" proqramı üzrə silah verəcək...

8 Aprel 2022 09:56
Bəyəndim (1) Bəyənmədim (0)

Switchblade dronları Ukrayna ordusunu xeyli gücləndirəcək...

ABŞ Senatı Co Baydenə Ukraynaya silah tədarükünün və digər yardımın sürətləndirilməsi üçün "lend- liz" proqramın dan istifadə etməsinə imkan verən qanun layihəsini təsdiq edib. Qərar yekdilliklə qəbul edilib.

Bu sənəd ABŞ prezidentinin Kiyevə silah tədarükü və digər kritik mühüm təchizat üzrə bürokratik prosedurlardan yan keçərək sövdələşmələr məsələsində səlahiyyətlərini xeyli genişləndirir.

Oxuməni.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Qanun layihəsi silah tədarükünü alıcı dövlətin onun ödənişini sonradan etmək şərtilə həyata keçirməyə imkan verir. Hazırda qanun layihəsinin baxılması Nümayəndələr Palatasına keçib. Əgər sənəd bəyənilərsə, o, imzalanmaq üçün prezidentə tədqim ediləcək. Analitiklər qeyd edir ki, ABŞ ikinci dünya savaşından sonra xarici dövlətə tədarükü "lend- liz" proqramı üzrə bərpa edir.

"Lend- liz" (ingiliscə lend- borc vermək, lease- icarəyə vermək deməkdir) proqramı üzrə ABŞ ikinci dünya savaşında öz müttəfiqlərinə müxtəlif silahlar, hərbi təchizat, döyüş sursatları, texnika, ərzaq, tibbi avadanlıq və dərmanlar tədarük edib. ABŞ- ın əsas müştəriləri Briyaniya Millətlər Birliyi və SSRİ olub.

Bu proqram konsepsiyası ABŞ prezidentinə müdafiəsi ABŞ üçün həyati əhəmiyyət kəsb edən istənilən ölkəyə yardım etmək səlahiyyətlərini verir. "Lend- liz" haqqında qanun belə səslənib: "Birləşmiş Ştatların müdafiəsi üzrə Qanun". O, 11 mart 1941- ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunub və aşağıdakı şərtləri nəzərdə tutub:

- "lend- liz" proqramı çərçivəsində verilən, müharibənin bitməsindən sonra qalan və mülki məqsədlər üçün yararlı olan əmlak tamamilə və ya qismən ABŞ- ın tədqim edəcəyi uzunmüddətli kreditlər əsasında (əsasən faizsiz səhmlərlə) ödəniləcək;

- Amerika tərəfi maraqlı olarsa, dağılmayan və itirilməyən texnika və avadanlıq müharibədən sonra ABŞ- a qaytarılacaq.

"Vikipediya"nın məlumatıma görə, Amerikanın SSRİ- yə "lend- liz" üzrə tədarükü təxminən 10, 8 milyard dollar təşkil edib.

Dünən məlum olub ki, ABŞ Kiyevə 100 Switchblade (dron- kamikadze) barrajedən mərmilər göndərib.

Pentaqon rəsmisi Con Kirbi qeyd edib ki, Amerika ekspertləri "ABŞ ölkədə hələ payızdan səfərdə olan bir qrup Ukrayna hərbçilərininə Switchblade ilə davranmağı öyrədib.

Ukrayna ABŞ və Böyük Britaniyadan sonra ordusu bu komplekslərlə təchiz edilən üçüncü ölkə olacaq. Amerika ordusu fəal surətdə Switchblade pilotsuz uçuş aparatlarından Əfqanıstanda istifadə edib.

Bu dronlar Amerikanın "AeroVironment" şirkəti tərəfindən istehsal edilir.

Dronun əsas üstünlüyü sürəti və operator işinin tam təhlükəsizliyidir.

Bu dronlar kameralar, yönəltmə sistemləri və döyüş başlıqları ilə təchiz edilib, 100 km/saat, hədəfə çatanda isə 160 km/saat sürətə malikdir.

Dron gerçək zamanda GPS- koordinatlardan istifadə edir ki, bu da onun funksional imkanlarını və düşmən üçün zərərvurma səviyyəsini maksimal dərəcədə yaxşılaşdırır.

Mahiyyət etibarilə, "Bayraktar"lardan fərqli olaraq, dronun mayadəyəri yüksək deyil, təxminən 6 min dollar təşkil edir. Az qabariti, yüksək sürəti və səssiz uçuşu (elektrik mühərrik) dronları düşmən üçün toxunulmaz edir.

Əsas üstünlüklərdən biri də operatora son anda hədəfi axtarmaqda dəyişiklik etməyə imkan verməsidir. Bu isə döyüş zamanı tez manevr etmək üçün çox vacibdir. Bundan başqa, belə texnologiya mülki əhali arasında itkiləri minimuma endirir.

Switchblade dronları Ukrayna ordusunun gücünü xeyli artıracaq, çünki fəal müdafiə rejimində işləyir, əkshücumlara və düşmənin logistika zəncirinin məhv edilməsinə üstünlük verir, analitiklər belə hesab edir.

KİV- lər məlumat verib ki, Co Bayden Ukraynaya yeni partiya tankəleyhinə "Javelin" raket komplekslərinin tədarükü barədə sənədlər imzalayıb.