Türkiyə ilə bağlı kritik qərar – Ankaraya gələn amerikalı rəsmidən şok iddia/Video

Türkiyə ilə bağlı kritik qərar – Ankaraya gələn amerikalı rəsmidən şok iddia/Video

8 Aprel 2022 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəyə gələn adının açıqlanmasını istəməyən yüksək rütbəli amerikalı hərbi rəsmi ABŞ-ın “F-35” qərarını yenidən nəzərdən keçirdiyi və Ankaranı bu proqrama qaytarmağı düşündüyünü açıqlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bir çox amerikalı senator Türkiyəni “F-35” proqramına qaytarmaq və Ankaraya döyüş təyyarələri vermək üçün Senat və Prezident Co Baydenə təzyiq etməyə başlayıb.

Rəsmi mənbə bildirib ki, artıq Türkiyə verilməsi planlaşdırılan “F-35" döyüş təyyarələrinin yerləşdiriləcəyi ünvanlar da müəyyənləşib. “F-35”-lərin Adana, Diyarbəkir və Balıkəsir bazalarında yerləşdiriləcəyini deyən rəsmi mənbə “F-35” prosesinin tamamilə dəyişəcəyini bildirib.

Türkiyənin Şərqi Aralıq dənizi başda olmaqla, bir sıra bölgələrdəki hərbi-siyasi fəallığı son illərdə Yunanıstanı hərəkətə gətirib. Türkiyəyə qarşı intensiv silahlanma təlaşında olan Yunanıstan ABŞ-dan “F-35” və Fransadan “Rafale” döyüş təyyarələri sifariş edib.

ABŞ “F-35” sifarişlərində Almaniya və Finlandiyaya üstünlük verərək, Yunanıstanın tələblərini təxirə salıb. Bu qərarın ən böyük səbəblərindən birinin Türkiyənin həssaslığı olduğunu söyləyən amerikalı rəsmi Vaşinqtonun bu prosesdə Ankaranı qəzəbləndirməyi öz maraqları üçün yanlış hesab etdiyi üçün “F-35” sifarişlərinə veto qoyduğunu vurğulayıb.