Putinə ilk zərbə kimdən gələcək? – 3 “namizəd”

Putinə ilk zərbə kimdən gələcək? – 3 “namizəd”

7 Aprel 17:04
275
Bəyəndim (0) Bəyənmədim (0)

Müharibə uzandıqca, Putinin ətrafında olan şəxslərin ona qarşı sədaqəti ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür.

Bu məsələdə Qərb mətbuatının irəli sürdüyü adlar da özündə fərqli tendensiyalar doğurur. İddialarda adı keçən insanlar Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və FSB-nin direktoru Aleksandr Bortnikovdur.

Putinin sadiq dostu, hətta onun “şilləvuranı” Ramzan Kadırov isə general-leytenant rütbəsini ağasından alandan sonra görünür ki, bu məsələdə çox həssasdır. Onun Dmitri Peskovla keçən dəfəki söz davasını isə yəqin ki, çoxları bilir.

Hitlerin Himmleri varsa, Putinin də...

1945-ci il aprelin 16-da sovet ordusu artıq “Visla-Oder əməliyyatı”ndan sonra əsas hədəfi Berlin olaraq götürmüşdü. Bu zamanda dağılmış alman ordusunu yenidən ayağa qaldırmağa çalışan Adolf Hitler dünyadan bixəbər öz bunkerindən əmrlər yağdırır, hətta ona sadiq olan kəslərin bəzilərinə də şübhə edərək təcili onları güllələdirdi. Ona ilk “xəyanət” edən isə “SS”in reyxfüreri Henrix Himmler oldu. Amerikan ordusu Ardenlərdən keçib Üçüncü Reyxin torpaqlarına daxil olanda Himmler Antihitler koalisiyası ilə danışıqlara başlamışdı. Təbii ki, bu xəbər Berlindəki bunkerində sovet hərbi bombarmanından gizlənən Hitlerin qulağına çatanda dəliyə dönmüşdü. Diktatorlar isə xəyanəti bağışlamır!

Putinin isə bunkerdə gizləndiyi iddia etmək hələ ki, real deyil. Amma ən yaxın ətrafı ilə “sosial məsafə” saxlayan bəstəboy dostumuz adını tarixdə ikinci Hitler kimi yazmağa and içib. Bəs yaxşı, görəsən, Putinin “Himmleri” kim olacaq?

Sadiq qalanlar

Tarixdə öz ağalarına sadiq qalanlar da çoxdur. Bu məsələdə də yenə də Hitlerin ətrafından nümunə çəkə bilərəm. Onun son günə qədər yaxın silahdaşı və dostu şübhəsiz ki, doktor Yozef Gebbels oldu. Hətta Hitlerin özünü öldürməsindən bir gün sonra özü ailəsi ilə birgə intihar etdi. İndi deyəsən Ramzan Kadırov da özünü Yozef Gebbelsin “sadiqlik nümunəsində” görür və ağasına dil uzadanların dillərini kəsəcəyi ilə hədələyir.

Yaxın tariximizdə çeçen mücahidlərlə yaxşı əlaqəsi olan Axmat Kadırovun oğlu da atası kimi öz xalqına xəyanət edərək Putinin qurduğu strateji xətt ilə irəli getməkdə niyyətlidir. Lakin faciəvi tərəfi budur ki, Ramzan kimi insanlar diktatorların yaratdığı “Великая держава” siyasətinin nə olduğunu tam bilmirlər. Kölə psixologiyasında yaşayaraq öz xalqını başqasının torpağında qırdırır, hətta müharibənin davam etməsi ilə bağlı israrlı fikirlər səsləndirir.

Tarix isə çox gözəl bilir, kim nədir.Yenisabah.az