Ukraynalılar dərhal Donbası tərk etməlidirlər - Xəbərdarlıq edildi

Ukraynalılar dərhal Donbası tərk etməlidirlər - Xəbərdarlıq edildi

7 Aprel 2022 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Donbassda olan ukraynalılar rəhbərlərinin açıqlamalarını diqqətlə izləməli və ilk müraciət anında bölgəni tərk etməlidirlər.

Oxuməni.az xəbər verir ki, Ukrayna rəsmisi İrina Vereşçuk Luqansk və Donetsk vilayətlərində ukraynalıların mümkün qədər tez müddətə təxliyə edilməli olduğunu bildirib.

Onun sözlərinə görə, bölgədə vəziyyətin tezliklə daha da pisləşəcəyi gözlənilir.

Ukrayna baş nazirinin işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk qeyd edib ki, hamı Donbasda vəziyyətin ağırlaşmasına hazır olmalıdır.

“Dərhal qərar qəbul etmək lazımdır, məsələn, Luqansk və Donetskdə rəhbərlik regionu tərk etməyi tələb edərsə, bu edilməlidir, çünki o zaman insanlar atəş altında olacaq. “Alovu” dayandırmaq demək olar ki, qeyri-mümkün olacaq. Təcrübəmdən deyəcəyəm: xüsusilə Luqansk və Donetsk vilayətləri. Təbii ki, Xarkov vilayətinin bir hissəsi. İmkan varsa buranı boşaltmaq lazımdır”, - baş nazirin müavini əlavə edib.