Məşhur rus şovinisti və neonasist ideyaların müəllifi Vladimir Jirinovski öldü

Məşhur rus şovinisti və neonasist ideyaların müəllifi Vladimir Jirinovski öldü

6 Aprel 2022 17:15
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəfat etdiyini açıqlayıb.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyasətçi fevralın 2-dən koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı.

Onun ölməsi və ya sakitcə aradan götürülməsi barədə bir neçə dəfə məlumat yayılmışdı. Lakin hər dəfə cənab Volodin yayılan xəbərləri təkzib etmişdi. Bəzi Rusiya rəsmilərinin uzağıgörən adlandırdıqları Jirinovski əslində çılğın və dəlicəsinə, şovinist çıxışları ilə daha çox hansısa dəlixanadan qaçan şizofreniki xatırladırdı. Heç şübhəsiz ki, o, qeyri-rusların yaddaşlarında elə milli münasibətləri körükləyən şovinist, şizofrenik kimi də yadda qalacaq.