"Rusiya BMT- dəki "veto hüququ"nu "ölüm hüququ"na çevirib
"Rusiya BMT- dəki "veto hüququ"nu "ölüm hüququ"na çevirib və qlobal təhlükəsizlik arxitekturasını sarsıdır"
"Bu gün Ukrayna ərazisində ikinci dünya müharibəsindən sonra ən dəhşətli hərbi cinayətlər törədilir"
Oxuməni.az xəbər verir ki, bunları Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasında Buçadakı qətliamdan danışarkən bəyan edib.
BMT Təhlükəsizlik Surasının aprelin 5- də keşirilən iclasında Ukraynanın Kiyev vilayətinin Buça şəhərində mülki şəxslərin kütləvi surətdə qətlləri müzakirə edilib. İclası Təhlükəsizlik Şurasında sədrlik edən Böyük Britaniya çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski videoformatda iclasda çıxış edib. O, rusiyalı hərbçilərin vəhşiliklərini təsvir edib.
"Buçada elə bir cinayət yoxdur ki, onlar törətmısin. Onlar bütöv ailələri, böyükləri və uşaqları qətlə yetirib, insanların cəsədlərini yandırmağa cəhd edib", - Zelenski deyib.
Onun sözlərinə görə, bəzi insanları rusiyalı hərbçilər küçələrdə güllələyib, bəzilərini evlərində qətlə yetirib. Avtomobillərdə olan insanları tanklarla əzib, qadınları zorlayıb və uşaqlarının gözləri qarşısında qətlə yetiriblər. Ukrayna prezidentinin çıxışından sonra iclasda Rusiya qoşunlarının tərk etdiyi Buçada və Kiyev ətrafında olan digər balaca şəhərlərdə həlak olanların kadrlarını əks etdirən videoçarx nümayiş etdirilib.
"Orada işğalçıların törətmədiyi hərbi cinayətləri tapmaq çətindir. Rusiyalı hərbçilər ölkəmizə xidmət edənləri axtarıb və məqsədyönlü şəkildə qətlə yetirib. Onlar bütöv ailələri, böyükləri və uşaqları qətlə yetirib, onların cəsədlərini yandırmağa cəhd ediblər".
Zelenski deyib ki, Ukrayna sakinləri hər gün həlak olan dinc sakinləri xatırlayır:
"Onlar işgəncə veriləndən sonra ənsə nahiyəsindən və ya gözlərindən güllələnənləri xatırlayır. Quyulara atılanları və əzabla ölənləri xatırlayır. Mənzillərində, evlərində qumbara atılması nəticəsində ölənləri xatırlayır. İnsanların, yollardakı mülki avtomaşınların üzərinə tankları yeridiblər. Əylənmək xatirinə ediblər bunu. İnsanların ətraflarını və boğazını kəsiblər. Qadınları zorlayıb uşaqlarının gözləri qarşısında öldürüblər".
Zelenski baş verənləri "İslam dövləti" qruplaşmalarının hərəkərləri ilə müqayisə edib.
"Amma indi bunu BMT Təhlükəsizlik Şurasının daimi üzvü edir", - Ukrayna lideri əlavə edib.
Onun sözlərinə görə, Rusiya etnik və dini müxtəlifliyin məhv edilməsi siyasətini yeridir, öz təbliğatı ilə nifrəti qızışdırır. BMT öz Nizamnaməsinin birinci bəndində yazılan başlıca vəzifəsini- sülhü təmin etmək vəzifəsini icra etmir Hazırda BMT Nizamnaməsinin elə birinci maddəsini pozurlar. Əgər bu, belədirsə, digər maddələrdən danışmağın nə mənası var ki, Ukrayna lideri sual edib.
"Bəs BMT- nin zəmanət verəcəyi və bunun üçün yaradılan sülh hanı? Təcavüzkarı sülhə məcbur etməyi təmin edə biləcək başlıca sülh institutu, sadəcə, səmərəli işləyə bilmir".
"İndi dünya rusiyalıların işğalı altında olan zaman Buçada törətdiklərini görüb. Amma dünya onların ölkəmizin digər işğal edilən şəhər və regionlarında törətdiklərini hələ görəcəklər. Coğrafyalar müxtəlif ola bilər, amma qəddarlığın dərəcəsi eynidir. Cinayətlər eynidir. Və məsuliyyət də qaçılmaz olacaq", - Zelenski xəbərdarlıq edib.
"Bu gün məhz Rusiyanın Ukrayna ərazisində ikinci dünya müharibəsindən sonra ən dəhşətli hərbi cinayətlər törədilir. Rusiyanın silahlı qüvvələri qəsdən Ukraynanın şəhərlərini artilleriya və aviasiya zərbələri ilə məhv edir", - prezident əlavə edib.
Onun sözlərinə görə, rusiyalılar şəhərləri blokadaya salır, orada kütləvi aclıq yaradır, xilas olmaq istəyən mülki adamların maşın karvanlarını atəşə tutur, havadan müvəqqəti işğal edilən ərazilərdə dinc əhalini bombalayır, elə şərait yaradırlar ki, daha çox mülki əhali tələf olsun.
"Biz hamımız rusiyalıların bu ittihamlara nə cavab verəcəyini bilirik. Elə Donbas üzərində "Boinq"i vurandan sonra verdikləri cavab kimi olacaq. Onlar hamını günahlandırır, öz hərəkətlərinə haqq qazandırmağa cəhd edir. Baş verənlər barədə müxtəlif versiyalar uydurur, bunların qurama tamaşa olduğunu iddia edirlər".
"Amma indi 2022- ci ildir. Təkzibedilməz sübutlar var. Peyk şəkilləri var və onları şəffaf surətdə araşdırmaq mümkündür. Biz də elə bunda maraqlıyıq...Biz xarici jurnalistlərə bunları göstərmək, beynəlxalq məhkəməni buna cəlb etmək istəyirik ki, həqiqət üzə çıxsın və günahkarlar məsuliyyətə cəlb edilsin. İnanıram ki, BMT- nin hər bir üzvü bunda maraqlı olmalıdır ki, özünü üstün və cəzasız hesab edənlər birdəfəlik cəzalandırılsın və dünyanın başqa potensial hərbi cinayətkarları da cəzadan qurtula bilməyəcəklərini anlasınlar", - Ukrayna prezidenti deyib.
BMT Təhlükəsizlik Şurasının özünü islah etmək lazımdır
"Rusiyanı təcavüzkar ölkə kimi öz təcavüzü və müharibəsi ilə bağlı qərarların bloklanmasından kənar etmək lazımdır və bu, sülhün yaranmasına kömək edə bilər. Yaxud necə islah olunmağı və sülh naminə necə işləməyi göstərin. Yoxsa sizin indiki formatınız alternativsizdir və, sadəcə, çıxış yolu yoxdur, sonra özünüburaxma gəlir", - Zelenski deyib.
"Elə bir dövlətdən söhbət gedir ki, BMT- də veto hüququnu "ölüm hüququ"na çevirib və qlobal təhlükəsizlik arxitekturasını sarsıdır. Əgər bu, davam edəcəksə, sonucda hər bir ölkə beynəlxalq hüquqa, beynəlxalq təsisatlara deyil, yalnız silah gücünə arxalanacaq. BMT- ni isə yalnız ləğv etmək lazım gələcək", - o, belə deyib.
Zelenski qeyd edib ki, əgər BMT özünün ləğv edilməsini istəmirsə, dərhal hərəkətə keçməlidir. Sonra Təhlükəsizlik Şurasında çıxış edən Rusiyanın nümayəndəsi Vasili Nebenzya növbəti dəfə qətllərdə və işgəncələrdə ukraynalı hərbçiləri və mifik "nasistləri" ittiham edib. Bu gün işğaldan azad edilən Buçanın meri Anatoli Fedoruk məlumat verib ki, işğaldan sonra şəhərdə 3700 adam qalıb. 2021- ci ildə şəhərdə 30 minə yaxın insan yaşayıb. Hələlik şəhər rəhbərliyi sakinlərə Buçaya dönməyi tövsiyə etmir. Rusiyalı hərbçilər şəhəri tərk edərkən bir çox obyektləri minalayıb. Hazırda şəhərin minalardan təmizlənməsi üzrə işlər davam edir.