Rusiya sonuncu 5-ci Ordusunu döyüşə atır: Bundan sonra nizami ordusu olmayacaq

Rusiya sonuncu 5-ci Ordusunu döyüşə atır: Bundan sonra nizami ordusu olmayacaq

5 Aprel 2022 12:49
Bəyəndim (0) Bəyənmədim (1)

Ukraynanı müharibənin ikinci mərhələsi gözləyir və o başlayandan sonra güclü döyüşlər daha iki həftə davam edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç "UA Razom" telemarafonunun efirində danışıb.

"Düşmənin qüvvələri tükənib, lakin o, yeni genişmiqyaslı hücuma başlamaq üçün ehtiyat toplayır. Rusiya ordusunun son rezervləri oraya atılır. Mariupol onlar üçün əsas əhəmiyyət kəsb edir”,-deyə Arestoviç bildirib.

Eyni zamanda, onun fikrincə, şəhərin çox uzun müddət dayanmaq üçün hər şansı var:

"Hazırda orada kiçik küçə döyüşləri gedir. Yerli əhalinin təxliyyəsi davam edir".

Bundan əlavə, Aleksey Arestoviç bildirib ki, Rusiya Ukraynaya son qoşunlarını göndərib.

"5-ci Ordu da Uzaq Şərqdən yola düşüb. Bunlar Rusiya Federasiyasının ərazisində hələ də qalan sonuncu hərbi birləşmələrdir. Rusiyanın bundan artıq ordusu yoxdur, vəssəlam", - deyə Arestoviç vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rus işğalçıları tərəfindən Buça və İrpendə mülki əhalinin kütləvi şəkildə işgəncələrə məruz qalması, zorlanması və qətlə yetirilməsinin Rusiya ordusu rəhbərliyinin göstərişi ilə baş verdiyini bildirib.moderator.az