Ruslar Mariupolu qəddarcasına dağıdaraq cəhənnəmə döndəriblər: Ancaq şəhər təslim olmur-Video

Ruslar Mariupolu qəddarcasına dağıdaraq cəhənnəmə döndəriblər: Ancaq şəhər təslim olmur-Video

5 Aprel 2022 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Azov" alayı 40 gündür mühasirədə olan, rus hərbçiləri tərəfindən ağır silahlarla atəşə tutulan Mariupolun Pilotsuz Uçuş Aparatı (PUA) vasitəsilə çəkilən görüntülərini yayıb.

Oxuməni.az xəbər verir ki, görüntülərdə şəhərin infrastrukturun tam məhv edildiyi ortaya çıxır.

“Mariupolda 40 günlük cəhənnəm. Azov qalası yanır və kül içindədir. Dağılıb. Amma fəth olunmayıb”, - Ukraynanın ən güclü və döyüşkən, o cümlədən hazırda Mariupolu müdafiə edən Azov briqadası bildirib.

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, Mariupolu demək olar ki, tamamilə dağıdıblar, şəhərin infrastrukturunun 90%-i bərpa olunmaz durumdadı. Mariupolda ölənlərin sayını yalnız təxmin etmək olar. Biz ən azı 5 min nəfəri saymışıq. Amma bunlar yalnız mülki şəxslərdir. Hərbçiləri bütün şəhəri tədqiq etdikdən sonra tam rəqəmi demək olar.

Bildirilir ki, Rusiya hərbçiləri tərəfindən blokadaya alınan Mariupoldan insanları çıxarmaq çox çətindir və şəhərdə vəziyyət kritikdir. Sakinlər susuz, yeməksiz, işıqsız və qazsız qalıb, ora ərzaq çatdırmaq mümkün deyil.