Qeyri-ruslar müharibədə : Öldürülməkdənsə, əsir düşmək yaxşıdır

Qeyri-ruslar müharibədə : Öldürülməkdənsə, əsir düşmək yaxşıdır

5 Aprel 11:53
376
Bəyəndim (0) Bəyənmədim (0)

“Mən qeyri-rusların Ukraynada bilərəkdən əsir düşməsi qənaətində deyiləm”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Ukraynaya qarşı müharibəyə başlayanda sərhədə yaxın yerləşən Luqansk, Donetsk və digər vilayətlərdəki rusdilli əhalini öz tərkibinə əlavə etmək Rusiyanın əsas məqsədlərindən biri idi:

“Çünki Rusiyada yerli rus əhalinin sayı ildən-ilə azalır, digər xalqların sayı isə durmadan artır. Bu, Rusiyanın milli dövlət kimi süquta uğramasının yaxın onillilklər, təxminən yarım əsrdən sonra labüd edir. Buna görə də, Kreml qeyri-rusları, o cümlədən də çeçenləri müharibənin qaynar nöqtələrinə daha çox cəlb edir.

Digər tərəfdən, Dağıstan, İnquşetiya, Tatarıstan, Başqırdıstan və digər federasiya subyektlərində şöbələr açılmışdı və yerli əhali könüllü kimi qeydiyyata alınıb orduya cəlb olunurdu”.

Hərbi ekspert hesab edir ki, rus ordusunda xidmət edən qeyri-rus əsgərlərin bilərəkdən ukraynalılara əsir düşməsi barədə Ukraynanın iddiası əsassızdır:

“İstənilən halda Rusiyanın bu müharibədə artıq Kiyev, Sumı və Çerniqiv kimi böyük vilayətlərdən geri çəkilməsi rus ordusunun artıq yorulduğunu və hücum əməliyyatlarının 3 min km-lik bir cəbhədə aparmaq imkanlarının məhdudlaşdığını göstərir. Hazırda baş verənlər sübut edir ki, Rusiya artıq hücum cəbhəsini daraltmaqla əsas qüvvələrini Xarkov, Luqansk və Donetsk istiqamətində cəmləşdirmək niyyətindədir.

Ukraynaya cəlb edilən 200 minlik rus ordudan 600 nəfərin əsir düşməsi elə də böyük rəqəm deyil. Əgər onlar bilərəkdən əsir düşsəydi, say dəfələrlə çox ola bilərdi.

Ümumən dünya orduları arasında ilk üçlüyə daxil olan Rusiya üçün bu qədər itki vermə və nə “A”, nə də “B” planına görə hədəflərinə nail olmama tam biabırçılıqdır”.