Qostameldə rus barbarlığı: Şəhər darmadağın edilib - Video

Qostameldə rus barbarlığı: Şəhər darmadağın edilib - Video

5 Aprel 2022 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rus ordusundan azad edilən Qostomel şəhərinin real vəziyyətini əks etdirən kadrlar yayıb.

Oxuməni.az xəbər verir ki, kadrlarda yaşayış məntəqələrinin dağıdılmasının miqyası və bombardmanın nəticələri əks olunub.

“İnfrastruktur dağılıb, maşınlar yandırılıb. Ruslar şəhərin uzun müddət işğalının mümkünsüzlüyünü anlayaraq, amansızcasına dağıdıblar”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Qostomel İrpenin ardınca işğalçılardan azad edilib. Şəhər Rusiya-Ukrayna müharibəsinin ən qaynar nöqtələrindən birinə çevrilmişdi. Qostameldə döyüşlər bir gün də dayanmayıb. Müharibənin ilk günlərində ruslar Ukrayna aviasiyasının flaqmanını – əfsanəvi An-225 “Arzu” təyyarəsini məhv edib. Hadisə Kiyev yaxınlığındakı Qostomeldəki Antonov aerodromunda baş verib.