Zelenski: Ukraynada törədilən soyqırımına görə  Putin və bütün komandirlər mühakimə olunmalıdır

Zelenski: Ukraynada törədilən soyqırımına görə Putin və bütün komandirlər mühakimə olunmalıdır

4 Aprel 15:50
193
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Volodimir Zelenski Buçada yaşananlara görə rusiyalı həmkarı Vladimir Putini ittiham edib.

Oxuməni.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya ordusu Kiyev yaxınlığındakı yaşayış məntəqələrində çoxlu mülki vətəndaşa işgəncə verib və qətlə yetirib. Zelenski deyib ki, baş vermiş bu hadisəyə görə Rusiya prezidenti Putin və bütün komandirlər mühakimə olunmalıdır.

Rusiyanın geri çəkilməsinin taktiki güc dəyişikliyi olduğunu deyən Zelenski Rusiyanın bəzi şəhərləri ələ keçirmək üçün çox cəhdlər etdiyini, rus ordusunun Kiyev yaxınlığındakı bəzi yaşayış məntəqələrində böyük dağıntılara səbəb olduğunu bildirib.

Ukrayna lideri bildirib ki, Rusiya ordusu Ukraynanın şərqinə diqqət yetirərək, Krım və Donbass bölgəsini birləşdirməyə hazırlaşır və ora çeçenləri gətirib.

Rusların geri çəkilməsindən sonra Kiyev ətrafındakı yaşayış məntəqələrində yaranan mülki cəsədləri və dağıntı görüntülərini qiymətləndirən Zelenski Rusiya prezidenti Vladimir Putinin və bu ölümlərdə əli olan bütün komandirlərin mühakimə olunmalı olduğunu vurğulayıb.

Kiyev yaxınlığındakı yaşayış məntəqələrində baş verənlərin "soyqırım olub-olmaması” sualına Zelenski belə cavab verib:

"Əlbəttə, bu, soyqırımdır. Bu, bütün xalqın məhv edilməsidir. Biz Ukrayna vətəndaşlarıyıq. Bizdə yüzdən çox millət var. Biz Ukrayna vətəndaşlarıyıq və biz Rusiya Federasiyasının siyasətinə tabe olmaq istəmirik”.

Müharibənin mütləq bitməli olduğunu deyən Zelenski minlərlə insanın həlak olması halında sülhə razı olmayacağını, lakin başqa yolun olmadığını qeyd edib.

"Mən bir prezident kimi deyirəm ki, yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur".