Erməni politoloq: Azərbaycan ermənilərə maksimum mədəni muxtariyyət statusu verə bilər

Erməni politoloq: Azərbaycan ermənilərə maksimum mədəni muxtariyyət statusu verə bilər

4 Aprel 2022 13:44
Bəyəndim (0) Bəyənmədim (6)

“Azərbaycanın Qarabağla bağlı ermənilərə maksimum güzəşti mədəni muxtariyyət ola bilər”.

Oxuməni.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar ərəfəsində Ermənistanın mövqeyi kifayət qədər qeyri-müəyyəndir və göndərilən mesajlardan belə güman etmək olar ki, İrəvan məsələnin həlli ilə bağlı ilkin tələblərindən imtina etməyə hazırdır:

“Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan öz sərhədləri daxilində də Qarabağın statusu məsələsini müzakirə etməyəcəyini bildirib. Düşünürəm ki, mədəni muxtariyyət statusu onların maksimumudur”.

Qriqoryan qeyd edib ki, Bakının təqdim etdiyi təkliflərdə bu barədə heç bir qeyd yoxdur: “Bakı müharibədən sonrakı mövqeyindən uzaqlaşmayıb. Azərbaycan güclü mövqedən çıxış edir və öz mövqeyini İrəvana qəbul etdirməyə çalışacaq”.