Buçada soyqırımı törədən rus faşistlərinə müsəlman  soyadlı Omurbekov Azatbek Asanbekoviç komandanlıq edib

Buçada soyqırımı törədən rus faşistlərinə müsəlman soyadlı Omurbekov Azatbek Asanbekoviç komandanlıq edib

4 Aprel 2022 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrin Ukrayna seqmentində Kiyev vilayətinin Buça şəhərində dinc sakinləri öldürən, zorlayan və qarət edənlər sırasında olduqları ehtimal olunan rusiyalı hərbçilərin fotoları peyda olub. Məlumatda deyilir ki, Şəhər Xabarovsk diyarından olan hərbi hissə tərəfindən işğal edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli “Obozrevatel” nəşri yazıb.

"Tretya sila"("Üçüncü qüvvə") adlı telegram-kanal məlumat verib ki, Kiyev vilayətinin Buça şəhərini Xabarovsk diyarının Knyaz-Volkonskoye kəndində yerləşən 51460 saylı hərbi hissə - Rusiya ordusunun 64-cü əlahiddə motoatıcı briqadası işğal edib.

"Tezliklə bütün bu qatillər, təcavüzkarlar və soyğunçular adları ilə tanınacaq”, - məlumatda belə deyilir.

“İnformNapalm” da xəbər verir ki, Buçadakı vəhşilikləri Rusiya Federasiyasının 64-cü əlahiddə motoatıcı briqadasının (51460 saylı hərbi hissə) əsgərləri törədib.

Həmin biriqadanın komandirinin kimliyi də müəyyən edilib: Xabarovsk diyarından olan polkovnik-leytenant Omurbekov Azatbek Asanbekoviç .

Buça sakinlərinin sözlərinə görə, Rusiya hərbçiləri həyət-bacaları gəzərək əsgərlik yaşında olan bütün kişiləri güllələyiblər...moderator.az