Ukrayna ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən tamamilə azad edib

Ukrayna ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən tamamilə azad edib

3 Aprel 2022 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar xəbər verir.

"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.