"Putin ali rəhbərlikdən kənarlaşdırıla,  hətta öz adamları tərəfindən öldürülə bilər"

"Putin ali rəhbərlikdən kənarlaşdırıla, hətta öz adamları tərəfindən öldürülə bilər"

2 Aprel 21:48
664
Bəyəndim (1) Bəyənmədim (0)

"Putini və Ukraynanı nə gözləyir?"

Bu suala Böyük Britaniyanın Mİ- 6 ( Military İntelligence) məxfi kəşfiyyat xidmətinin sabiq əməkdaşı və Tramp barədə "ifşaedici materiallar"ın müəllifi cavab verib.

Britaniyanın Mİ- 6 kəşfiyyatının yüksək vəzifəli sabiq əməkdaşı Kristofer Stil "Sky News" telekanalının efirində Ukraynada hadisələrin gedişi və Rusiya prezidenti Vladimir Putinin perspektivləri barədə proqnoz verib.

Oxuməni.az xəbər verir ki, bu barədə "İndependent" qəzeti yazıb.

Sabiq kəşfiyyatçının sözlərinə görə, Putin çox dərinə gedib, lakin "hər şey hansısa sazişlə bitəcək".

"Lakin bu sazişə hələ çox var, mən düşünmürəm ki, bu sazişdə Vladimir Putin olsun", - o, belə deyib.

Stil qeyd edib ki, o, Putinin beynəlxalq aləmə dönüşünü təsəvvür etmir:

"Mən bilmirəm indi imzalanan istənilən sülh sazişində Putinə necə etibar edə bilərik, biz onunla gələcəkdə normal iş aparmağı mən təsəvvür etmirəm".

Sabiq kəşfiyyatçı Rusiya prezidentinin hakimiyyətdən kənarlaşdırılacağını güman edib.

"Düşünürəm ki, o, ali rəhbərlikdən kənarlaşdırıla bilər, hətta öz adamları tərəfindən öldürülə bilər", - o, bəyan edib.

Məlumat üçün deyək ki, Kristofer Stil 2006- 2009- cu illərdə Mİ- 6- nın Londondakı mənzil- qərargahında Rusiya üzrə bölməyə rəhbərlik edib.

2017- ci ildə Amerikanın KİV- lərində Stilin ABŞ- ın 45- ci prezidenti Donald Tramp barəsində məxfi dosyesi üzə çıxıb. Sənədlərdə Trampın Kreml ilə əlaqələri və Rusiya xüsusi xidmət orqanlarının Amerika prezidenti ilə bağlı seksual xarakterli ifşaedici materiallar olduğu göstərilib.

Bu dosye 2016- cı ildə ABŞ- da keçiilən prezident seşkilərinə Rusiyanın müdaxiləsinin araşdırılmasına səbəb olub.

2021- ci ildə Stil tərəfindən FTB üçün Trampın fəaliyyəti haqqında yeni "maraqlı məlumatlar" paketi hazırlanıb.