Rusiya erməniləri Ukraynaya qarşı savaş açdı-separatçılara dəstək

Rusiya erməniləri Ukraynaya qarşı savaş açdı-separatçılara dəstək

2 Aprel 2022 21:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Erməniləri İttifaqı Ukraynadakı separatçı Luqansk və Donesk “xalq respublikaları”na “humanitar yardım” adı altında dəstək verir.

Oxuməni.az xəbər verir ki, növbəti yardım bu günlərdə göndərilib.

Qeyd olunur ki, martın 31-dən etibarən Rusiya Fövqəladə Hallar Nazirliyinin yük maşınlarının kolonları qaçqınlara, Donetsk və Luqansk “Xalq Respublikaları”nın zərər çəkmiş əhalisinə, eləcə də azad edilmiş Ukrayna ərazilərində mülki şəxslərə humanitar yüklərin çatdırılmasına başlayıb. Ümumilikdə, təkcə aprelin birinci yarısında 30 mindən çox ailə uzunmüddətli saxlama məhsulu alacaq. Humanitar yüklərin ümumi həcmi 500 tona yaxındır.

Təşkilat xatırladır ki, İttifaq son 8 ildə Donetsk və Luqanskda müxtəlif sosial qruplara mütəmadi olaraq yardım edib. Təbii ki, erməni icması da diqqətdən yayınmayıb.

Rusiya Erməniləri İttifaqı bütün könüllülərə, Krasnodar, Stavropol diyarları, Voronej, Tula vilayətləri və Rusiya Federasiyasının digər vilayətlərindən olan həmkarlarına, həmçinin Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinə təşəkkür edib.

Ermənistanın Rusiya ordusuna SU 30 qırıcılarını göndərməsi, Xankəndidəki erməni separatçıların Donesk və Luqansk separatçılarına dəstək aksiyasının keçirməsinin ardınca, Rusiya ermənilərinin də Ukraynaya qarşı hərəkətə keçməsi təəccüb doğurmur. Qeyd edək ki, artıq Ermənistan vətəndaşlarının Ukraynaya girişinin qadağan edildiyi barədə məlumat yayılıb.