ATƏT sədri separatçı-terrorçu erməni rejiminin "ombudsma"nını qəbul etdi...-RƏZALƏT

ATƏT sədri separatçı-terrorçu erməni rejiminin "ombudsma"nını qəbul etdi...-RƏZALƏT

2 Aprel 2022 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz hüquq müdafiəçisi Qeqam Stepanyan cümə günü - aprelin 1-də İrəvanda ATƏT-in fəaliyyətdə olan prezidenti, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Bu haqda erməni mediası məlumat yayıb.

Erməni şakərinə xas olaraq üzdəniraq "ombudsman" Stepanyan ATƏT sədrinə Azərbaycanın guya "koordinasiyalı, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti", "işğal olunmuş ərazilərdə erməni mədəni irsinin dağıdılması", "erməni hərbi əsirlərin və əsir götürülən mülki şəxslərin qanunsuz mühakimə olunması" və s. haqda hədyanlar söyləyib.

P.S. Təbii ki, Azərbaycan dövləti qarşısında hüquqi cavabdehliyi ilk növbədə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisində separatçılıq və terrorçuluqla məşğul olan və heç bir dünya dövləti tərəfindən tanınmayan qondarma bir qurum nümayəndəsini qəbul edən ATƏT rəhbəri daşıyır...Moderator.az