Türkiyə-İsrail yaxınlaşması davam edir: Ərdoğan İsrail prezidenti və bütün yəhudiləri Pasxa bayramı münasibətilə təbrik edib

Türkiyə-İsrail yaxınlaşması davam edir: Ərdoğan İsrail prezidenti və bütün yəhudiləri Pasxa bayramı münasibətilə təbrik edib

2 Aprel 2022 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti İsxaq Hersoq arasında telefon danışığı olub.

Oxuməni.az xəbər verir ki, məlumatı Türkiyə prezidenti Administrasiyasının kommunikasiya idarəsi yayıb.

Bildirilib ki, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri, eləcə də, regional məsələlər müzakirə olunub.

Ramazan və Pasxa aylarının sülh və əmin-amanlıq içində keçməsini arzulayan prezident Ərdoğan İsrail prezidenti və bütün yəhudiləri Pasxa bayramı münasibətilə təbrik edib.

İsrail prezidenti də öz növbəsində Ramazan bayramı münasibətilə Ərdoğana təbriklərini çatdırıb.