“Azov”un komandiri: Sona kimi döyüşəcəyik, Rusiyaya etibar etmək, onunla anlaşmaq mümkün deyil

“Azov”un komandiri: Sona kimi döyüşəcəyik, Rusiyaya etibar etmək, onunla anlaşmaq mümkün deyil

1 Aprel 15:15
341
Bəyəndim (0) Bəyənmədim (0)

“Azov” batalyonunun döyüşçüləri rus işğalçıları tərəfindən blokadaya alınmış Mariupoldan əl çəkməyəcək və şəhər uğrunda sona qədər vuruşacaqlar.

Oxuməni.az xəbər verir ki, bunu “Azov”un komandiri Denis Prokopenko ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Döyüşlərdə iştirak edirəm, şəxsi heyətlə əlaqə saxlayıram, komanda məntəqəsinə gəlirlər, mən onların gözlərində qorxu görmürəm, gözlərində nifrət görürəm. İnsanlar üçüncü-dördüncü yaradan sonra da pulemyot götürüb döyüşə gedirlər, bu insanların qorxduğunu düşünmürəm. Şəhəri vermək fikrində deyilik, sona qədər döyüşəcəyik, qələbə mütləq bizim olacaq”, - komandir bildirib.

Denis Prokopenko Rusiya ilə danışıqlar yolu ilə razılığa gəlməyin mümkün olmadığını vurğulayıb:

“Son səkkiz il göstərdi ki, Rusiya ilə razılaşmaq mümkün deyil. Üstəlik, ona etibar etmək olmaz. Müharibə şəraitində referendumun keçirilməsi qanunla mümkün deyil. Bunun üçün Rusiya qoşunları Ukraynadan çıxarmalıdır. Şəxsən siz buna inanırsınız? Mən yox. Mən bu danışıqların nəticəsini proqnozlaşdırmaqda çətinlik çəkirəm”.