"Xarkov yaxınlığında 20-dən çox mülki maşını güllələdilər -Əsl terror..."

"Xarkov yaxınlığında 20-dən çox mülki maşını güllələdilər -Əsl terror..."

1 Aprel 2022 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın sonunda Xarkov yaxınlığındakı Malaya Roqan kəndi ərazisində Rusiya işğalçı hərbçiləri magistral yolu nəzarətə götürərək əsl terror törədiblər - içərisində dinc insanlar olan 20-dən çox mülki avtomobili atəşə tutublar. Lakin bu, yalnız həmin kəndin azad edilməsindən sonra məlum olub.

Bu haqda Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı -ombudsman Lyudmila Denisova cümə axşamı, martın 31-də "Facebook"da yazıb.

Ombudsmanın sözlərinə görə, ölənlərin bəzilərinin cəsədləri dəhşətli terrorun baş verdiyi yerdən yalnız indi götürülüb.

"...Yolda gedən maşınlar arasında, bir dənə də olsun, hərbi maşın olmayıb, sadəcə, mülki vətəndaşlar olub. İnsanlar geri dönməyə çalışıblar. Təəssüf ki, çoxları qaça bilməyib... Raşistlər bu magistral yolu hələ fevralın 27-də nəzarətə götürülbər və bütün maşınları atəşə tutaraq əsl terror təşkil ediblər" - deyə ombudsman vurğulayıb.