Ukrayna ordusu iki istiqamətdə əks-hücuma hücuma keçib + VİDEO

Ukrayna ordusu iki istiqamətdə əks-hücuma hücuma keçib + VİDEO

31 Mart 2022 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu bəzi istiqamətlərdə əks- hücuma keçib. Nəticədə Ukrayna Silahlı Qüvvələri tərəfindən Zaporejye vilayətində 8 yaşayış məntəqəsi mənfur ruz işğalçılarından azad edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.

Bildirilib ki, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb. “Ukraynalı hərbçilər torpaqlarımızın hər qarışı uğrunda vuruşurlar. Bu bizim üçün vacibdir”.

Qeyd edək ki, daha əvvəl Ukrayna ordusunun Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, ABŞ kəşfiyyatının hesablamalarına görə də Rusiya tərəfi Ukraynadakı müharibədə 17 mindən çox əsgər itirib. Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Current Time” telekanalına açıqlamasında bildirib.

Müxbirin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq dövlət katibinin müavinin cavabı belə olub: "Bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi məsələdir. Lakin Rusiya Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam anlamayıb".

"Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim qiymətləndirməmizə görə, 17 mindən çox rusiyalı həlak olub. Amma real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar olmayacaq", Nuland müsahibəsində deyib.