Ukraynada daha 2 azərbaycanlı öldürüldü

Ukraynada daha 2 azərbaycanlı öldürüldü

30 Mart 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində 2 azərbaycanlı həlak olub.

Oxuməni.az xəbər verir ki, hər ikis şəxs Ukrayna vətəndaşıdır.

Həlak olanlar Rauf Məmmədov və Ruslan Əhmədovdur.

Bununla da Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatıb.

Qeyd edək ki, ölkədəki son döyüşlərdə iki azərbaycanlı - Əlixan Ağayev, Xəlilov soyadlı şəxs yaralanıb. Onlar Ukrayna vətəndaşı olaraq, ölkənin suverenliyi uğrunda döyüşüblər.