Desna çayından panton-körpü salmaq istəyən Rusiya qoşunlarına zərbə

Desna çayından panton-körpü salmaq istəyən Rusiya qoşunlarına zərbə

29 Mart 2022 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusunun bölmələri Çerniqov vilayətində Desna çayı üzərindən panton-körpü salmaq istəyən Rusiya işğalçı qüvvələrinə dəqiq atəş zərbəsi endirib.

Oxuməni.az xəbər verir ki, ukraynalı hərbi jurnalist Roman Simbalyuk bu haqda sosial şəbəkə hesabında bildirir.

Onun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində işğalçı qoşunlar ciddi itki veriblər. Belə ki, mühəndis qoşunlarının 14330 nömrəli hərbi hissəsinin (dislokasiya yeri-Tümen vilayəti, İşim şəhəri) böyük sayda əsgər və zabiti məhv edilib. Onların arasında 40-cı mühəndis-istehkam polkunun qərargah rəisi, podpolkovnik Aleksandr Kornik də var. Jurnalist cəmi 26 rusiyalı hərbçinin öldürüldüyünü və yaralandığını bildirir. Öldürülən əsgərlərin 6-nın meyiti atəş zərbəsinin təsiri ilə çaya düşüb və onları su aparıb. Meyitləri sudan çıxarmaq mümkün olmayıb.