Rusiyalı deputat dövlət kanalında Azərbaycanı təhdid etdi - Bakını bombalamaqla hədələdi + VİDEO
Rusiya ordusu Ukraynada ağır zərbələr aldıqca rus siyasətçilər aqressivləşir və ətrafa başlarından böyük təhdidlər yağdırırlar.
Oxuməni.az xəbər verir ki, belələrindən biri də Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagindir. O da Azərbaycana qarşı təhdidlərlə çıxış edib.
Belə ki, Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinin yalanlarını təkzib etməsindən narazı qalıb.
Rusiyanın dövlət kanalında, Kremlin əsas təbliğatçılarından olan Mariya Skabeyevanın verilişində çıxışı zamanı ordumuzun öz ərazimizdəki yerdəyişməsini həyasızcasına "işğal" adlandırıb və buna qarşı sərt addımlar atmağın zəruri olduğunu bildirib.
Deputat hətta həddini aşaraq Azərbaycan neft sənayesinə zərbə endirilməyin mümkün olduğunu da söyləyib.
AzPolitika.info


















































































