Bayden: “ Putin yalan danışır və hakimiyyətdə qalmamalıdır”

Bayden: “ Putin yalan danışır və hakimiyyətdə qalmamalıdır”

27 Mart 2022 00:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı deyib ki, Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin məqsədləri barədə yalan danışır və hakimiyyətdə qalmamalıdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Ağ Evin rəhbəri vurğulayıb ki, Putinin “denasifikasiya” iddiaları - yalandır və Ukrayna prezidenti Vladimir Zelenski demokratik yolla seçilib.

“O [Zelenski] yəhudidir, atasının ailəsi Holokost zamanı nasistlər tərəfindən öldürülüb, Putin isə özündən əvvəlki bütün diktatorlar kimi gücün qalib gələcəyinə inanır”, – Bayden deyib.

Amerika prezidenti Ukrayna xalqına da müraciət edərək bildirib ki, Ukrayna xalqı öz milləti və “bütün azad insanları birləşdirən” fundamental demokratik prinsiplər uğrunda mübarizə aparır: “Mənim Ukrayna xalqına mesajım - bu gün Ukraynanın xarici işlər və müdafiə nazirlərinə çatdırdığım mesajdır... Biz sizinləyik. Və nöqtə”.

“Putin bu müharibəni bitirə bilər və bitirməlidir. Mənim həmçşinin Avropaya da mesajım var - Rusiyadan qaz asılılığını dayandırmaq lazımdır”, - Ağ Evin rəhbəri bildirib.

Bayden çıxışının sonunda deyib ki, Putin hakimiyyətdə qalmamalıdır.