Azov" alayının komandiri: "Hər gün 50 nəfər o dünyalıq olur"
Donetsk vilayətinin Mariupol şəhəri uğrunda döyüşən və onu mühasirəyə alan Rusiya işğalçılarınin motivasiyası pisdir və böyük itkilərə məruz qalır.
Oxuməni.az xəbər verir ki, bu barədə "QORDON" internet-nəşrinin sahibi Dmitri Qordona müsahibəsində "Azov" alayının komandiri, Ukrayna Qəhrəmanı Denis Prokopenko (şərti adı Redis) deyib.
Ukrayna Milli qvardiyasının ayrıca "Azov" xüsusi təyinatlı dəstəsi şəhəri müdafiə edən bölmələrdən biridir.
Prokopenko Mariupoldakı vəziyyəti "son dərəcə ağır, amma nəzarət edilən" adlandırıb.
Çoxlu xəstəxana, hospital, Dram Teatrı, infrastruktur obyekləri dağıdılıb. Rusiya işğalçıları Mariupolu dağıntılara çevirib. Daşı daş üstündə qoymayıblar, düşmən "yandırlmış torpaq" taktikasından istifadə edir. O, aviasiya, artilleriya, taktiki raketlər, qanadlı raketlər, taktiki raket komplekslərindən ağına- bozuna baxmadan zərbələr endirir. İndi küçələrə çıxıb bir dənə də dağıdılmayan ev görmək çox çətindir. Bu dağıntıları 1945- ci ilin Drezden şəhəri ilə müqayisə etmək olar. Belə təəssürat yaranır ki, biz hansısa postapokaliptik, daşı daş üstündə qalmayan şəhərdəyik".
O, qeyd edib ki, dağıntılar altında çoxsaylı dinc insanlar həlak olub, qurbanların sayını hesablamaq hələlik mümkün deyil.
"Mariupol nəhəng dağıntılara çevrilib. Zavodlar dayanıb, işləmir, humanitar fəlakət hökm sürür, hər şey talan edilib. Bütün infrastruktur obyektlər dağıdılıb. Hospitallar fəaliyyət göstərmir, həm mülki şəxslərə, həm də hərbçilərə tibbi yardımın göstərilməsi çox çətindir.
"Biz düşmən tanklarını yandırmaqdan, düşmənin hər ötən gün gücünü itirən, hücum sürəti azalan piyadalarını məhv etməkdən yorulmuruq. Düşmən daima döyüşə yeni ehtiyat qüvvəsi cəlb edir, lakin bölmələrimiz tərəfindən dişləri sındırılır və kütləvi şəkildə əsir düşür, irəliyə getmək istəmir", - Prokopenko belə deyib.
Onun sözlərinə görə, Mariupolu mühasirəyə alan işğalçılar "soyuqdan, acından əzab çəkir, ayaqyalın, çılpaq vəziyyətdədir, onların tamamilə döyüşmək istəyi yoxdur".
Prokopenko etiraf edib ki, düşmənin "kifayət qədər top yemi var", işğalşılar arasında Rusiyanın peşəkar hərbçi kadrları, "LDXR"- in yaraqlıları və amnistiyaya düşən, əllərində silah məhbuslar var".
"Əlbəttə, onların motivasiyası çox azdır, irəliyə getmək istəmirlər, lakin xaricdən gətirilən dəstələr var ki, onları odun- alovun içinə atırlar. Onlar atəş altına düşür, küçələrdə həlak olur, öz meyitlərini atıb gedir, təxliyə etmək istəmirlər...Sinir sistemi zəif olanlar üçün xoşagəlməz mənzərədir. Bizə qalib gəlmək üçün onların motivasiyası çox azdır", - "Azov" komandiri belə deyib.
O, qeyd edib ki, Ukrayna hərbi qulluqçuları düşməni "çoxsaylı itkilərə" məruz qoyur.
"Bizim 32 tankın məhv edildiyi barədə dəqiq məlumatımız var. Mən hələ məndən yaşlı olan və küçələrdə, çirkli yollarda sıradan çıxan köhnə sovet texnikasını saymıram...Məhv edilmiş ZTR, PDM və başqa zirehli maşınların sayı 60 vahid təşkil edir. Haradasa martın 15- dən sonra biz düşmənin piyadalarını daha saymırıq. Sutka ərzində Mariulolda minimum 50 nəfər o dünyalıq olur. Düşmən çoxsaylı itkilər verir", Prokopenko iddia edib.
O, deyib ki, düşmən qüvvələrinin üstünlüyünə rəğmən, Ukrayna hərbi qulluqçuları uğurlu əməliyyatlar keçirir, əks hücumlar təşkil edir.
"Biz yalnız müdafiə olunmuruq. Biz təşəbbüsü ələ almağa cəhd edirik. İmkan düşən kimi düşmənin şəhərdə vəziyyətinin pisləşməsi üçün bu imkanlardan yararlanmağa çalışırıq. İkinci həftədir ki, döyüşlər getməsinə rəğmən, biz vəziyyətə tam həcmdə nəzarət etməyə cəhd edirik, getdikcə daha çox işğalçını cəhənnəmə göndəririk, evləri, küçələri zəbt edən düşməni vurub çıxarırıq", - Prokopenko belə deyib.









































.jpg)
.jpg)
.jpg)








































