Ukrayna ordusu Rusiya qoşunlarını Kiyevdən şərqə doğru sıxışdırıb

Ukrayna ordusu Rusiya qoşunlarını Kiyevdən şərqə doğru sıxışdırıb

24 Mart 2022 08:46
Bəyəndim (0) Bəyənmədim (0)

“Ötən sutka ərzində Ukrayna ordusu düşmən qüvvələrini Kiyevdən uzaqlaşdırmağa nail olub”.

Oxuməni.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Kiyevdən 25-35 km şərqdə geri çəkilib.

“Rusiya qüvvələri Kiyevin mərkəzindən şərqdə təqribən 55 km məsafədədir ki, bu da dünənki məsafə ilə müqayisədə 25-35 km çoxdur”, - deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Kiyevin mərkəzinin şimal-qərbində Rusiya qüvvələri səngər qazaraq müdafiə mövqeləri qurur. İndi Rusiya hərbçiləri Kiyevin mərkəzindən 15-20 kilometrdədir.

“Biz onların Kiyev ətrafında qazıntılar apardıqlarını və (Ukraynanın-red) şərq hissəsində daha çox hücum etməyə çalışdıqlarını görürük”, - o deyib.