Deşik  döşəkdə  yatır və yeməyə qənaət edir: Ilon Maskın  rəfiqəsi Qrayms milyarderin bir dilənçi kimi yaşadığını söylədi

Deşik döşəkdə yatır və yeməyə qənaət edir: Ilon Maskın rəfiqəsi Qrayms milyarderin bir dilənçi kimi yaşadığını söylədi

23 Mart 2022 00:55
Bəyəndim (0) Bəyənmədim (0)

Planetin ən zəngin adamı, 37 kvadrat metrlik evdə yaşayır.

Oxuməni.az xatırladır ki, Ilon Mask planetin ən zəngin adamıdır:

Forbes-ə görə, "Tesla" və "Space X" şirkətlərinin təsisçisinin varidatı 268 milyard dollardan çoxdur. Təəccüblü deyil ki, hər kəs maqnatın qızılda çimdiyini düşünür. Təmtəraqlı mebellərlə bəzədilmiş bağ və hovuzu olan malikanələr-Mask hər şeyi özünə rəva görə bilər. Amma... bunu etmir. İş adamının keçmiş rəfiqəsi Kanada müğənnisi Qraymsdan onun iki uşağı var. Qrayms Ilonun "dilənçi" adlandırdığı olduqca təvazökar bir həyat tərzi ilə kifayətləndiyini söylədi.

Qrayms və Mask 2018-ci ildən birlikdə idilər və ötən ilin sentyabr ayında ayrıldıqlarını elan ediblər. Qrayms etiraf etdi ki, Los-Ancelesdə onlar 40 min dollar (5 milyon 320 min rubl) dəyərində olan bu şəhərin standartlarına görə çox kasıb bir evdə yaşayırdılar. Müqayisə üçün, deyək ki,"mələklər şəhərində" orta səviyyəli mənzilin qiyməti 900 min dollar təşkil edir.

Onun sözlərinə görə, Mask olduqca xəsis idi. Məsələn, o, yataq döşəyində deşik gördükdə məndən evimizdən döşək gətirməyi və onda yatmağı təklif etdi. O israrıma baxmayaraq yeni bir döşək almaqdan imtina etdi. Müğənninin sözlərinə görə, iş adamı yeməyə qənaət edirdi.

Göründüyü kimi, Ilon həqiqətən da harada yaşamasına və necə yatmasına fikir vermir. Hələ 2020-ci ilin may ayında Mask Tvitterdə yazıb ki, o, bütün əmlakını satacaq və onun öz evi olmayacaq, çünki o, tamamilə Marsa uçuş missiyasına diqqət yetirir. Milyarder "Tesla" şirkətinin qərargahının yerləşdiyi Texasda yaşayır. O buraya Kaliforniyadan köçüb. Buna səbəb isə Kaliforniyada koronavirusla bağlı sərt məhdudiyyətlərin olması olub. Bundan əlavə, onun burada ikinci "Space X"şirkətinin kosmodromu yerləşir.

Texasda da milyarder dəbdəbəli malikanədə deyil, "Space X"şirkətindən icarəyə götürdüyü 37 kvadrat metrlik yığma evdə yaşayır. Belə bir evin dəyəri 50 min dollar (6 milyon 650 min rubl) təşkil edir. Biznesmen əmin edir ki, belə bir təvazökar mənzil onu tamamilə qane edir.

Doğrudur, milyarder həmişə belə təvazökar şəraitdə yaşamırdı. Keçən il Mask Kaliforniyanın Silisium vadisində yerləşən ona məxsus oduqca dəbdəbəli malikanəni 32 milyon dollara satıb. Mask satdığı evi 2017-ci ildə 23 milyon dollara almışdı.

Xatırladaq ki, İlon Mask rəsmi şəkildə iki dəfə evlənib. İlk həyat yoldaşı Justin ilə Kanadada bir universitetdə oxuyub. Onlar 2000-ci ildə evləndilər və ailədə bir-birinin ardınca beş oğul peyda oldu. Amma sonra Mask müğənnilərlə həyat keçirməyə üstünlük verdi. 2008 - ci ilin sentyabrında İlon və Justin boşandılar. Mask 2010-cu ildə Böyük Britaniyadan olan aktrisa Talula Raley ilə evəndiş 2012-ci ildə onlar boşandılar, lakin bir il sonra yenidən evləndilər. 2016 - cı ilin mart ayında onların son boşanması baş tutdu. Həmin ərəfədə Mask artıq aktrisa Ember Herd ilə gizli görüşürdü. Emin Axund