Rus ordusu bu ərazilərdən çıxarıldı, itkiləri artdı...
Ukrayna ordusu Kiyev vilayətinin Buçansk rayonunda yerləşən Makarov şəhər tipli qəsəbəni azad edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, hazırda Makarovda Ukrayna bayrağı dalğalanır, düşmən geri çəkilməyə məcbur edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın indiyədək olan itkilərini açıqlayıb.
Nazirlik hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 15 300 hərbçisinin məhv edildiyini bildirib.
Məlumata görə, Rusiya ordusu 509 tank, 1556 piyadaların döyüş maşını, 252 artilleriya qurğusu, 99 hərbi təyyarə, 123 hərbi helikopter, 70 yanacaq çəni olan avtomobil, 3 gəmi itirib.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 27-ci günüdür.
Ukrayna Silahlı Qüvvələrinin 128-ci əlahiddə dağ-hücum briqadasının hərbçiləri Rusiya ordusunun polkovnik-leytenantını əsir götürüblər. Bu barədə Ukrayna Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb.
Bildirilib ki, əsir götürülən zabit Rusiya ordusunun 47084 saylı hərbi hissəsinin informasiya-psixoloji əks-tədbir qrupunun rəhbəridir. Əsir götürülən polkovnik-leytenant Aleksandr Oleqoviç Koşelin fotosu internetdə də tirajlanıb.
Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən indiyədək 117 ukraynalı uşaq ölldürülüb, 155 azyaşlı isə yaralanıb.
Bunu Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Ukrayna Baş Prokurorluğu da müharibə dövründə zərərçəkən uşaqlarla bağlı məlumat yayıb. Qeyd olunub ki, indiyədək Kiyev vilayətində 58, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.




























.jpg)
.jpg)
.jpg)






































.jpg)














