"Belarus partizanları Rusiya qatarlarını saxlayır, texnikaları sıradan çıxarır və..."

"Belarus partizanları Rusiya qatarlarını saxlayır, texnikaları sıradan çıxarır və..."

21 Mart 2022 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus partizanları Rusiya qatarlarını saxlayır, texnikaları sıradan çıxarırlar...

Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın müşaviri Franak Vyaçorka bildirib ki, “Belarus partizanları” Belarus qoşunlarının Ukraynaya daxil olmasının qarşısını almaq üçün maneələr yaratmağa başlayıb.

Oxuməni.az Ukrayna mediasına istinadla xəbər verir ki, Vyaçorka bu haqda "Twitter"də yazıb.

"Belarus partizanlar diyarıdır. Qəhrəmanlarımız Rusiya qatarlarını saxlayır, Rusiya texnikasını zədələyir, sıradan çıxardır, və Belarus qoşunlarının Ukraynaya daxil olmasının qarşısını almaq üçün vərəqələr paylayır.

Ukrayna qalib gələcək, Belarus da azad olacaq -deyə müxalifət nümayəndəsi vurğulayıb.

Müxalifətçi əlavə edib ki, Rusiya trol fabriki "hazırda "Instagram" və "Facebook"dakı şərhlərdə aktiv şəkildə işləyir, belaruslar və ukraynalılar arasında nifrət toxumu səpməyə çalışır”.

Onun fikrincə, Rusiya bu yolla Belarusu “qardaş Ukraynaya qarşı qanlı qırğına çəkməyə” cəhd edir...

Qeyd edilir ki, Veçerka Belarus partizanlarının hərəkətlərinin nəticələrini göstərən "Dəmiryolu Müqaviməti-2022" Belarus xəritəsini dərc edib.