Ukrayna ordusu erməni hərbçiləri məhv etdi

Ukrayna ordusu erməni hərbçiləri məhv etdi

21 Mart 2022 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin heyətində bu ölkəyə qarşı döyüşən erməni hərbçiləri məhv edib.

Oxuməni.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, onlardan biri desantçı, 29 yaşlı Arman Kazaryandır. Ermənistanın diaspor fəallarından biri Ukraynadakı müharibə zamanı daha bir erməninin öldürüldüyünü xəbər veriblər. Lakin həmin şəxsin adı açıqlanmır.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.