Putin üzərində "Nürnberq" məhkəməsi qurula bilər

Putin üzərində "Nürnberq" məhkəməsi qurula bilər

20 Mart 2022 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniyada Rusiya prezidenti Vladimir Putinin və onun əlaltılarının Ukraynadakı cinayətkar hərəkətlərinin araşdırılması üçün Nürnberq tribunalına oxşar məhkəmə orqanının çağırılmasını tələb edib.

Oxuməni.az xəbər verir ki, müvafiq petisiyanı 140 britaniyalı siyasətçi, o cümlədən ölkənin keçmiş baş nazirləri Qordon Braun və Con Meycor imzalayıb.

"Əgər biz indi dəqiq mövqe bildirməsək, digər ölkələrdə də təcavüzlə üzləşəcəyik və o, cəzasız qalacaq", - Braun "BBC"- yə müsahibəsində deyib.

"Rusiya prezidentini hərbi cinayətkar hesab edirsinizmi?" sualına o, belə cavab verib: "Prezident Bayden belə deyib və mən də bu fikirdəyəm".

Xatırladaq ki, martın 16 - da BMT- nin Beynəlxalq Cinayət Məhkəməsi Rusiyadan Ukraynaya qarşı müharibəyə son qoymağı tələb edib. Qərar 13 səs lehinə, 2 səs əleyhinə (Rusiya Federasiyası və Çin) olaraq qəbul edilib. Rusiya məhkəmənin qərarını rədd edib.

"Biz bu qərarı qəbul edə bilmərik. Beynəlxalq məhkəmənin "tərəflədin razılığı" anlayışı var. Burada heç bir razılıqdan söhbət gedə bilməz", - Rusiya prrzidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Martın 17- də Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynaya gələrək Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb. Lakin məhkəmənin imkanları məhduddur. Çünki Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın təcavüzünü BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan araşdıra bilməz, buna isə Rusiya, yəqin ki, veto qoyacaq.

Yeni "Nürnberq prosesi"nin başlanması barədə müraciətə çıxış sərbəstdir. Hal- hazırda onu 786 min nəfər, o cümlədən Ukrayna XİN başçısı Dmitri Kuleba, Nürnberq hərbi tribunalın sabiq prokuroru Bencamin Ferentc, Avropa insan haqları üzrə məhkəməsinin sabiq sədri Nikolas Bratts imzalayıb.

Bundan əvvəl Britaniya qoşunlarının Əfqanıstandakı sabiq komandanı polkovnik Riçard Kemp bəyan edib ki, NATO Vladimir Putinin hakimiyyətdən kənarlaşıdırılması üçün bütün variantları, o cümlədən onun qətlə yetirilməsini nəzərdən keçirməlidir.