“Sepah“ sözçüsü: “Mossad“ bazaları ləğv edilməzsə, yenidən zərbə endirəcəyik“
"Tehranın İraq Kürdüstanı rəsmilərinə bölgədəki bir neçə "Mossad" bazası ilə bağlı dəfələrlə xəbərdarlıq edib, lakin səlahiyyətlilər onları dağıtmaq üçün heç bir iş görməyiblər".
Oxuməni.az yerli mətbuata istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") sözçüsü Ramazan Şərf bildirib.
Onun sözlərinə görə, xəbərdarlıq nəzərə alınmadığı halda, İran yenə hərbi cavab verəcək.
Ramazan Şərif vurğulayıb: "İranın təhlükəsizliyini hədəf alan hər hansı bir hücumun olduğu bazanı məhv etmək təbii hüququmuzdur və bu, qırmızı xəttdir".
O qeyd edib: "İranın İraqdakı səfiri İraq Kürdüstanı bölgəsinə hücuma məruz qalan "Mossad" qərargahı, eləcə də digər 2 qərargahın mövcudluğu barədə bir neçə dəfə xəbərdarlıq edib. Lakin bu xəbərdarlıqlar nəzərə alınmayıb. Əgər təhlükəsizliyimizə bu ərazidən yeni təhdid olarsa, digər sionist bazalarının məhvi üçün sərt tədbirlə mütləq cavab verəcəyik”.


















































































