Belarusun bir neçə şəhərlərində partlayışlar eşidilib

Belarusun bir neçə şəhərlərində partlayışlar eşidilib

17 Mart 2022 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusun Baranoviçi, Pinsk, Slutsk və digər yaşayış məntəqələrinin sakinləri güclü partlayışlardan xəbər verirlər.

Oxuməni.az xəbər verir ki, bu barədə Belarusun məşhur “Nexta” kanalı yazır.

Sosial şəbəkələrin istifadəçiləri Belarus ərazisində şübhəli aviasiya fəaliyyətindən də danışırlar.

Öz növbəsində Brest bölgə icraiyyə komitəsinin rəhbəri Aleksandr Roqaçuk bildirib ki, 111-ci artilleriya briqadasının hərbçiləri Brestski poliqonunda plan tapşırıqlarını yerinə yetirirlər. Onun sözlərinə görə, gün ərzində şəhər İH-yə yaxınlıqdakı partlayışlar səsindən narahat olan yerli sakinlərdən zənglər daxil olub.