Serdar Berdiməhəmmədov  Türkmənistan prezidenti seçilib

Serdar Berdiməhəmmədov Türkmənistan prezidenti seçilib

15 Mart 2022 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənistanda keçirilən prezident seçkisinin nəticələri elan olunub.

Oxuməni.az xəbər verir ki, Türkmənistanda keçirilən prezident seçkilərində Serdar Berdiməhəmmədov qalib gəlib. MSK-nın saytında yayılan məlumatda bildirilir ki, seçicilərin 72,97%-i Demokrat Partiyasının namizədinə səs verib.

“Türkmənistan Seçki Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq və Mərkəzi Seçki Komissiyasının 14 mart 2022-ci il tarixli qərarı əsasında 72,97 faiz səs toplayan Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Serdar Qurbanquliyeviç Berdiməhəmmədov ölkə prezidenti seçilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, S.Berdıməhəmmədov Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğludur.