Kiyev meşələrində ruslara ağır zərbə vuruldu - Video
Kiyev yaxınlığındakı meşələrdə Rusiyanın mövqeləri dağılır.
Oxuməni.az UNİAN-a istinadən xəbər verir ki, rusların mövqelərinin darmadağın edilməsi Kiyev vilayətinin Moşçun kəndi uğrunda gedən döyüşlər zamanı baş verib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün “Telegram” kanalında faktı təsdiqləyib və video görüntülər paylaşıb.
Sözügedən videoda Kiyev vilayətinin Moşçun kəndi uğrunda gedən döyüşlər zamanı meşədəki rus işğalçılarının mövqelərinə zərbələrin endirilməsinin kadrları əks olunub.
Bundan əvvəl internetdə rusların çoxməqsədli üzən zirehli transportyorunun (MTLB) “Stugna”nın köməyi ilə məhv edilməsinin görüntüləri yayılıb.
Digər xəbərlər


















































































