Ukrayna Müdafiə Nazirliyi: “Rusiya nüvə şantajı variantlarını hazırlayır”

Ukrayna Müdafiə Nazirliyi: “Rusiya nüvə şantajı variantlarını hazırlayır”

12 Mart 2022 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya Ukraynanı günahlandırmaq üçün iki variant nüvə şantajı hazırlayır”.

Oxuməni.az xəbər verir ki,Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O qeyd edib ki, Kiyevin məlumatına görə, Rusiya şantajın iki variantını hazırlayıb.

“Hansı variantı seçəcəklər - tamamilə onlardan asılıdır. Birinci variant ondan ibarətdir ki, radioaktiv meşələri geniş miqyasda yandıracaqlar, bunun nəticəsində isə radioaktiv bulud dərhal qalxacaq və küləyin əsdiyi istiqamətə gedəcək. İkinci variant isə - nüvə anbarına artilleriya zərbələri endirmək. Nəticə eyni olacaq.

Hər iki variantla Rusiya rəhbərliyi Ukraynanı günahlandırmaq məqsədi güdür”, - Budanov bildirib.