Facebookda Putin və Lukaşenkonun öldürülməsi çağırışlarına icazə verildi
"Meta" korporasiyası bir sıra ölkələrdə qaydaları dəyişərək "Facebook" və "İnstraqram" istifadəçilərinə müvəqqəti olaraq rusiyalılara və Rusiya əsgərlərinə qarşı zorakılığa çağırış etməyə icazə verib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə "Röyter" agentliyi Meta-platformanın daxili elektron poçtuna istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, həmçinin müvəqqəti olaraq Rusiya prezidenti Putinin və Belarus rəhbəri Lukaşenkonun öldürülməsinə çağırış edən postların dərc edilməsinə də icazə verib.
"Siyasətin müvəqqəti dəyişikliyi" Latviya, Litva, Estoniya, Gürcüstan, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Rusiya və Ukrayna istifadəçilərinə şamil edilir.
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən biz müvəqqəti olaraq öz qaydalarımıza dəyişərək siyasi özünüifadə formalarına qadağanı ləğv etmişik", - bu barədə The Verge nəşrinə müsahibəsində "Meta"nın nümayəndəsi Endi Stoun bəyan edib.
O, izah edib ki, o cümlədən hazırda "Rusiya işğalçılarına ölüm" kimi aqressiv ifadələrdən istifadə edilməsinə də icazə verilib. Stoun qeyd edib ki, platforma Rusiyanın sadə vətəndaşları barədə zorakılıq çağırışlarına olan qadağalar ləğv edilməyib.
Rusiyanın ABŞ- dakı səfiri isə Ağ evdən "Meta" şirkətinin "ekstremist fəaliyyətinə" son qoymağı tələb edib.


















































































