Rusiya hərbçiləri deputat Leyla İbrahimovanı oğurladı
Ukraynanın Melitopol şəhərində Rusiya ordusunun hərbi formasında olan silahlı şəxslər Zaporojye bölgə şurasının deputatı Leyla İbrahimovanı qaçırıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” Krım tatar xalqı Məclisinin deputatı İskəndər Bariyevə istinadən məlumat yayıb.
“Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusunun hərbi formasında olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar”, - Bariyev öz Facebook səhifəsində yazıb.
Bariyev əlavə edib ki, Rusiya hərbçiləri deputatın evində axtarış aparıb və telefonlarını müsadirə ediblər. "Leyla İbrahimovanı naməlum istiqamətə aparıblar", - Bariyev bildirib.









































.jpg)
.jpg)
.jpg)








































