Alla Puqaçova keşişi hədələdi: Onun Rusiyadan qaçması xəbəri yalan çıxdı
“Rusiyanın primadonnası” Alla Puqaçova Rusiyadan qaçdığına dair sosial şəbəkələrdə yayılan xəbərləri inkar edib.
Çoxları Alla Puqaçovanın Ukraynada müharibə başlayandan sonra uşaqları və əri Maksim Qalkinlə birgə Rusiyadan çıxdığını güman edirdi.
Oxuməni.az xəbər verir ki, müğənni martın 10-da verdiyi açıqlamada ölkəni həmişəlik tərk etmədiyini bildirib. O, müalicə olunmaq üçün məzuniyyətə çıxdığını, bunun isə mühacirət sayılmadığını vurğulayıb. Alla Puqaçova onun Rusiyadan çıxmasına sevinən rus keşiş Andrey Tkaçovu da hədələyib. Primadonna kilsə nümayəndəsini geri qayıdanda repressiyalara məruz qoyacağını bildirib.
"Sənin üçün dua edəcəm, kafir",-deyə o bildirib.Xatıradaq ki, keşiş Andrey Tkaçov Alla Puqaçovanın mühacirət xəbərinə belə reaksiya vermişdi: "Puqaçova Rusiyanı həmişəlik tərk etdi. Ya Rəbb, mən bunu necə gözləyirdim". modern.az



















































































