Rusiyanın iri tank kalonuna sarsıdıcı zərbələr: polk komandiri də öldürüldü - VİDEO
Ukraynanın Kiyev vilayətinin Bovarı rayonunda gedən hərbi əməliyyatlar zamanı rusiyalı polkovnik A. Zaxarov öldürülüb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Həmçinin batalyon-taktiki qrupun şəxsi heyəti və texnikası itkilərə məruz qalıb. Bu səbəbdən diviziyalar geri çəkilməyə və müdafiə pozisiyasına keçməyə məcbur olub.
İdarə A. Zaxarovun öldürüldüyü anın görüntülərini də yayıb.
Kadrlara əsasən çoxsaylı zirehli texnikadan və tanklardan ibarət kalona Kiyev vilayətinin Brovar rayonunda, şose yolda şiddətli zərbələr endirilir. “Altıncı polk demək olar ki, itirildi. Hələlik məruzə edə bilmərəm, informasiyaları toplayıram. Olduqca çox itki var. Bizi gözləyirdilər, kalonun qabağı pusquya düşdü. Polk komandiri həlak oldu, qalanlarını araşdırıram. Oradan artilleriya, tanklar vururdu. Pilotsuz təyyarələr, başa düşdüyüm qədər “Bayraktar”lar uçur. Qalan itkilər barədə indi araşdırıram”, - rusiyalı hərbçilərdən biri digərinə məruzə edir.

Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti isə bildirir ki, Brovar rayonunda döyüşlər zamanı Rusiyanın Mərkəz hərbi dairəsinin 90-cı tank diviziyasının 6-cı tank polku 239-cu batalyon-taktiki qruplaşması ilə birlikdə şəxsi heyət və texnika sarıdan əhəmiyyətli itkilər verib. Döyüşlər zamanı polk komandiri, polkovnik A.Zaxarov da məhv edilib. Nəticədə həmin qüvvələrin qalıqları geri çəkilməli olub və müdafiə mövqeyi tutub.
Polkovnik A.Zaxarov 2016-cı ildə mayor rütbəsində olarkən Vladimir Putindən orden alıb. Digər ukraynalı hərbi jurnalist Yuri Butusov isə məlumat verib ki, şimal istiqamətində Ukrayna ordusu Rusiyanın tank kalonuna zərbələr endirib. Bir neçə texnika sıradan çıxarılıb, bir T-72 tankı saz vəziyyətdə qənimət götürülüb.




























.jpg)
.jpg)
.jpg)






































.jpg)














