Avropa Şurasından qovulan Rusiya bu qurumdan özünün çıxdığını iddia edir
Rusiya artıq Avropa Şurasında iştirak etməyəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirliyin bəyanatında qeyd olunduğu kimi, Rusiyaya dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq əksəriyyətindən sui-istifadə edərək, Avropa Şurasını və Avropada ümumi humanitar hüquqi məkanı dağıtmaq xəttini davam etdirirlər.
“Rusiya NATO və Aİ-nin onları itaətkarcasına ən qədim Avropa təşkilatının ardınca Qərbin üstünlüyü və narsisizmi ilə bağlı təlqinlər üçün başqa platformaya çevirməsində iştirak etməyəcək. Qoy Rusiya olmadan da bir-biri ilə ünsiyyətdən həzz alsınlar”, - deyə sənəddə qeyd olunur.
Digər xəbərlər


















































































